İQTİSADİYYAT


İpoteka istiqrazları üzrə faiz və nominal ödənişlər açıqlanıb

Bakı, 2 dekabr, AZƏRTAC

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2034008683, AZ2035008682, AZ2036008681 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı, istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulub.

Bakı Fond Birjasından AZƏRTAC-a bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, noyabrın 25-də AZ2034008683, AZ2035008682, AZ2036008681 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilib. Buna əsasən, noyabrın 24-dən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 937.75 AZN təşkil edir.

Növbəti faiz ödəniş dövründə 3 faizlik faiz gəliri 937.75 AZN məbləği əsasında hesablanacaq. Bakı Fond Birjasında AZ2034008683, AZ2035008682, AZ2036008681 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 937.75 AZN olması nəzərə alınmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.