İQTİSADİYYAT


İpoteka istiqrazlarının 80 milyon manatlıq emissiyasının dördüncü tranşı yerləşdirilir

Bakı, 11 iyul, AZƏRTAC

İyulun 12-də Bakı Fond Birjasında “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu”nun 20,000 000 manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İstiqrazlar 1 007,0000 manat qiyməti ilə satışa çıxarılacaq.

Fonddan AZƏRTAC-a bildiriblər ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu”nun adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti bu il martın 30-da qeydə alınıb. Emissiyanın ümumi həcmi 80,000,000 AZN təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3 faizdir.

Buraxılışın ilk emissiyası aprelin 19-da yerləşdirilib.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.