İQTİSADİYYAT
İpoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
Bakı, 11 aprel, AZƏRTAC
Aprelin 14-də Bakı Fond Birjasında (BFB) "İpoteka və Kredit Zəmanəti Fondu" ASC-nin (İKZF) ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən AZƏRTAC-a bildirilib ki, emissiyanın həcmi 30 milyon manat, nominal qiymət 1000 manat, hərrac qiyməti 1003,25 manat, faiz dərəcəsi 3 faiz, tədavül müddəti 19 ildir. "BTB Kapital" ASC anderrayter vəzifəsində çıxış edir.
Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcək. İKZF-in ipoteka istiqrazlarının baza emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilib.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]