İQTİSADİYYAT


İpoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb

İpoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb

Bakı, 27 dekabr, AZƏRTAC

Dekabrın 27-də Bakı Fond Birjasında (BFB) “İpoteka və Kredit Zəmanət Fondu” ASC–nin AZ2056008686 ISIN-li, 40 milyon manat həcmində, 9720 gün tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 2 investor tərəfindən 2 sifariş təqdim edilib. Hərrac qiyməti 1001.0833 sifarişlərin nominal qiymətlə ümumi məbləği 79 milyon 956 min manat olub. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 40 milyon manat təşkil edib. İstiqrazlar 2048-ci il iyulun 25-də ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.