İQTİSADİYYAT
İpoteka və Kredit Zəmanət Fondu 10 milyon manatlıq istiqraz yerləşdirəcək
Bakı, 20 fevral, AZƏRTAC
Fevralın 22-də Bakı Fond Birjasında (BFB) "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu"nun 10 milyon manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İstiqrazlar 1 006.3333 manat qiyməti ilə satışa çıxarılacaq.
İpoteka və Kredit Zəmanət Fondundan AZƏRTAC-a bildiriblər ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu"nun adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti ötən il noyabrın 10-da qeydə alınıb. Emissiyanın ümumi həcmi 50 milyon AZN təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3 faizdir.
Baza emissiya prospektinə əsasən, yerləşdirilmə kütləvi təklif üsulu ilə "Bakı Fond Birjası" QSC vasitəsilə keçiriləcək. Depozitari və sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]