İQTİSADİYYAT


İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları yerləşdirilib

Bakı, 1 oktyabr, AZƏRTAC

Oktyabrın 1-də Bakı Fond Birjasında (BFB) “İpoteka və Kredit Zəmanət Fondu” ASC–nin AZ2049008686 ISIN-li, 25 milyon manat həcmində, 7200 gün tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

BFB-dən AZƏRTAC-a bildirilib ki, sifarişlərin nominal qiymətlə ümumi məbləği 50 milyon manat, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 25 milyon manat təşkil edib.

İstiqrazlar 2040-cı il aprelin 6-da ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.