İQTİSADİYYAT


İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Bakı, 10 may, AZƏRTAC

Mayın 13-də Bakı Fond Birjasında (BFB) "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu" ASC–nin ipoteka istiqrazlarının yerləşdirilməsinin növbəti mərhələsi üzrə hərrac keçiriləcək.

BFB-dən AZƏRTAC-a bildirilib ki, emissiyanın həcmi 6 milyon AZN, nominal qiyməti 1000 АZN, hərrac qiyməti 1013.7500 AZN, faiz dərəcəsi 3 faiz, faiz gəlirinin ödəniş müddəti 180 gündür. İstiqrazlar 2041-ci il iyulun 31-də ödəniləcək. "PSG-Kapital İŞ" QSC anderrayter vəzifəsində çıxış edir.

Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin olunacaq. Fondun ipoteka istiqrazlarının baza emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) "Emitentlər" bölməsində yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.