İQTİSADİYYAT


İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 12 iyul, AZƏRTAC

İyulun 12-də Bakı Fond Birjasında (BFB) "Azərbaycan Respublikası İpoteka və Kredit Zamanət Fondu" ASC–nin 20 milyon manat həcmində, 23 il (8280 gün) tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, yerləşdirilmə zamanı hərrac qiyməti 1007 AZN olub. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 20 000 000,00 manat təşkil edib.

İstiqrazlar 2040-cı il dekabrın 19-da ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.