İQTİSADİYYAT


İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 29 noyabr, AZƏRTAC

Noyabrın 29-da Bakı Fond Birjasında (BFB) "Azərbaycan Respublikası İpoteka və Kredit Zamanət Fondu" ASC–nin 25 milyon manat həcmində, 23 il tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, yerləşdirmə zamanı hərrac qiyməti 1000 manat olub. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 26 milyon manat, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 25 milyon manat təşkil edib.

İstiqrazlar 2041-ci il iyulun 31-də ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.