İQTİSADİYYAT
İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 27 avqust, AZƏRTAC
Bakı Fond Birjasında (BFB) İpoteka və Kredit Zəmanət Fondunun 25 min ədəd sənədsiz adlı, faizli təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Fonddan AZƏRTAC-a bildirilib ki, istiqrazlar 1 005.0555 manat qiyməti ilə satışa çıxarılmış və tam həcmdə yerləşdirilib. Mərkəzi Bank tərəfindən İpoteka və Kredit Zəmanət Fondunun adlı, sənədsiz, faizli təmin edilməmiş istiqrazlarının Baza emissiya prospekti aprelin 15-də qeydə alınıb. Emissiyanın ümumi həcmi 100 milyon AZN, bir istiqrazın nominal dəyəri 1000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3,25 faiz təşkil edir. Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsilə keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]