İQTİSADİYYAT


İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına 1,2 milyard manatlıq ipoteka krediti verilib

Bakı, 9 aprel, AZƏRTAC

Aprelin 1-nə İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditlərinin həcmi 1,2 milyard manatı keçib, 26 mindən çox ailə ipoteka krediti hesabına mənzil şəraitinin yaxşılaşdırılmasına nail olub.

Fonddan AZƏRTAC-a bildirilib ki, bu kreditlərin 380,3 milyon manatdan çox hissəsini (7854 ədəd) güzəştli kateqoriyalara aid şəxslərə verilmiş ipoteka kreditləri təşkil edib. Ümumilikdə, 2006-2019-cu illərdə (2019-cu il aprelin 1-dək) fondun vəsaiti hesabına verilən ipoteka kreditlərindən faydalananların 67,9 faizini gənclər və gənc ailələr təşkil edib, kreditlərin 19,5 faizi isə regionlarda verilib.

2017-ci ildə fondun xətti ilə 3109 nəfər ailəyə 203 milyon manat məbləğində, ötən ildə 3960 ailəyə 273 milyon manatlıq ipoteka krediti verilib. Cari ilin yanvar-mart aylarında isə 796 ailə ipoteka kreditləri vasitəsilə (52,4 milyon manat) mənzil əldə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.