İQTİSADİYYAT


İpoteka və Kredit Zəmanət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 1 fevral, AZƏRTAC

Fevralın 1-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 25 milyon manat həcmində, 23 il tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, yerləşdirilmə zamanı hərrac qiyməti 1 004,5833 AZN olub. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 25 000 000,00 manat təşkil edib. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 25 milyon manatdır. İstiqrazlar 2040-cı il sentyabrın 8-də ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.