İQTİSADİYYAT


İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Bakı, 7 may, AZƏRTAC

Mayın 8-də Bakı Fond Birjasında (BFB) "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanəti Fondu" ASC–nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən AZƏRTAC-a bildirilib ki, emissiyanın həcmi 20 milyon AZN, nominal qiyməti 1000 АZN, hərrac qiyməti 1013.3333 AZN, tədavül müddəti 23 il, faiz dərəcəsi 3 faiz, faiz gəlirinin ödəniş müddəti 180 gündür. "PSG-Kapital İŞ" QSC anderrayter vəzifəsində çıxış edir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcək.

Fondun ipoteka istiqrazlarının baza emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) "Emitentlər" bölməsində yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.