İQTİSADİYYAT
İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
Bakı, 30 sentyabr, AZƏRTAC
Oktyabrın 1-də Bakı Fond Birjasında (BFB) “İpoteka və Kredit Zəmanəti Fondu” (İKZF) ASC-nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən AZƏRTAC-a bildirilib ki, emissiyanın həcmi 25 milyon manat, nominal dəyəri 1000 manat, hərrac qiyməti 1006,5903 manat, faiz dərəcəsi 3,25 faiz, faiz gəlirinin ödəniş müddəti 180 gün, tədavül müddəti 20 ildir. “İnvest-Az İnvestisiya Şirkəti” QSC anderrayter vəzifəsində çıxış edir.
Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcək. İKZF-in ipoteka istiqrazlarının baza emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilib. BFB-də ticarətdə iştirak etməkdə maraqlı şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]