DÜNYA


İqlim dəyişikliyi ilə əlaqədar İngiltərənin Hitrou hava limanında aksiya keçirilir

London, 13 sentyabr, AZƏRTAC

İqlim dəyişikliyi ilə əlaqədar İngiltərənin Hitrou hava limanında aksiya keçirilir.

AZƏRTAC xəbər verir ki, hava limanında uçuşlara maneə olmaq üçün dronlar havaya buraxılıb. Nəticədə 2 etirazçı həbs olunub.

Etirazçılar dünyanın 7-ci ən işlək hava limanında 3-cü uçuş-enmə zolağının yaradılmasına qarşıdırlar.

Mitinq iştirakçılarının məqsədi hökumətin karbon tullantılarının azaldılması üçün sərt tədbirlər görməsidir.

Polis tərəfindən etirazçılara sərnişinlərin həyatı üçün təhlükə yarandığı təqdirdə ömürlük həbs cəzası verilə biləcəyi barədə xəbərdarlıq edilib.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.