CƏMİYYƏT


İqlim dəyişmələri 2020-ci ildə Baş Assambleyanın prioritetlərindən biri olacaq

Bakı, 14 yanvar, AZƏRTAC

Sülh və təhlükəsizlik, aclığa qarşı mübarizə, təhsil, iqlim dəyişmələri, Dayanıqlı İnkişaf Hədəfləri. BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande 74-cü sessiyanın sentyabrın əvvəllərinədək davam edəcək işinin prioritetlərindən danışıb.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, Baş Assambleyanın sədrinin sözlərinə görə, iyunda Lissabonda okeanlara dair konfrans keçiriləcək, lakin artıq fevralda ona hazırlıq çərçivəsində BMT-də yeddi “interaktiv dialoq” olacaq. Dialoqların məqsədi Portuqaliya paytaxtında keçiriləcək konfransın yekunlarına dair qəbul edilməsi planlaşdırılan deklarasiyanın müddəalarını razılaşdırmaqdır. Biomüxtəliflik məsələlərinə dair Sammitə hazırlıq da irəlicədən – yanvarda başlayacaq. Baş Assambleyanın prezidenti iyunda səhralaşmaya və quraqlığa qarşı mübarizə məsələlərinə dair yüksək səviyyəli dialoq keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.