CƏMİYYƏT


İqlim dəyişmələrinin kənd təsərrüfatına təsirləri müzakirə olunub

Bakı, 7 may, AZƏRTAC

Azərbaycanda işgüzar səfərdə olan Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun (IFAD) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Çoxtərəfli əməkdaşlıq Ofisinin direktoru Bernard Hien ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə “Yaşıl kənd təsərrüfatı”nın ölkədə tətbiqi, iqlim dəyişmələrinin kənd təsərrüfatına təsirləri, bu sahədə görülmüş işlər müzakirə olunub, həmçinin aqrar sektorda su itkisinin qarşısının alınması və gələcəkdə suya tələbatın ödənilməsində rəqəmsal kənd təsərrüfatına keçidin mühüm rolu ilə bağlı fikir mübadiləsi aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.