İDMAN


İqor Kriuşenko futbol üzrə Belarus yığmasının baş məşqçisi vəzifəsindən gedib

Bakı, 13 iyun, AZƏRTAC

Belarus Futbol Federasiyaları Assosiasiyasının (BFFA) rəhbərliyi və Belarus yığmasının baş məşqçisi İqor Kriuşenko tərəflərin qarşılıqlı razılığı əsasında əməkdaşlığı dayandırmaq barədə qərar qəbul ediblər.

AZƏRTAC Belarus KİV-lərinə istinadla xəbər verir ki, baş məşqçi ilə yanaşı, onun köməkçiləri Oleq Kuzmenok və Valeri Stripeykis də yığmanı tərk ediblər.

BFFA sədrinin birinci müavini Yuri Vergeyçik bildirib: “Biz gördüyü işə görə İqor Nikolayeviçə təşəkkür etmək istərdik. O, komandanı çətin dövrdə qəbul edib və onunla birlikdə böyük yol qət edərək, Millətlər Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. Təəssüf ki, 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa Çempionatının seçim mərhələsində nəticələr azarkeşlərin, ekspertlərin və BFFA rəhbərliyinin ümidlərini doğrultmayıb. Bunu başa düşərək, baş məşqçi ilə birlikdə belə qənaətə gəlmişik ki, müqaviləni tərəflərin qarşılıqlı razılığı əsasında ləğv edək”.

İ.Kriuşenko deyib: “Mənə göstərilən dəstəyə görə komandaya və azarkeşlərə təşəkkür edirəm. Biz fərəhli qələbə anlarını və uğursuzluqlarımızla bağlı kədərli günləri birlikdə yaşamışıq. Təəssüf ki, hər şey istədiyimiz kimi olmadı. Amma mən əminəm ki, bundan sonra Belarus yığmasını işıqlı gələcək gözləyir”.

İqor Kriuşenko Belarus yığmasına 2017-ci ildə başçılıq edib. Onun rəhbərliyi ilə Belarus yığması Millətlər Liqasının “D” liqasının ikinci qrupunda qalib gələrək “C” liqasında oynamaq hüququ qazanıb. Lakin 2020-ci ilin Avropa çempionatının seçim turnirindəki 4 görüşün hamısında məğlub olub.

“C” qrupunda Belarus komandası ilə bərabər, Almaniya, Niderland, Şimali İrlandiya və Estoniya yığmaları mübarizə aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.