SİYASƏT
İqor Qrosu: Moldova və Azərbaycan arasında birgə layihələr üzərində işlər davam edir

Kişineu, 31 may, AZƏRTAC
Moldova və Azərbaycan arasında çox yaxşı birgə layihələr üzərində işlər davam edir. Bunlar əsasən iqtisadiyyat və enerji sahələrini əhatə edir.
Bu fikri Moldova Parlamentinin sədri İqor Qrosu AZƏRTAC-a açıqlamasında söyləyib.
“Hər iki ölkə bir-birini yaxşı başa düşür. Azərbaycan və Moldova prezidentləri arasında mehriban, dostluq münasibətləri var. Birgə layihələr uğurla davam etdirilir. Azərbaycan təkcə regionun deyil, Moldova da daxil olmaqla, Avropanın bir çox ölkəsinin enerji təhlükəsizliyi üçün strateji rol oynayır”, - deyə İqor Qrosu bildirib.
Spiker vurğulayıb ki, Moldova ilə Azərbaycan arasında siyasi dialoq yüksək səviyyədədir. Kişineu Azərbaycanın Moldovaya daha çox sərmayə qoymasında maraqlıdır. Moldova xüsusilə Azərbaycanın kənd təsərrüfatı, enerji kimi böyük təcrübəyə malik olduğu sahələrə mümkün qədər çox sərmayə cəlb etməkdə maraqlıdır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev