ELM VƏ TƏHSİL


İqtisad Universitetində “Düzgünlük və etika”ya həsr olunan təlimlərə start verilib

Bakı, 6 iyun, AZƏRTAC

BMT tərəfindən UNODC-nin təşəbbüsü ilə hazırlanmış "Düzgünlük və etika" modullarının “Kapital Bank”ın dəstəyilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təlimlərinə başlanılıb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, 6 həftə davam edəcək təlimlərə UNEC-in 40 tələbəsi ödənişsiz iştirak etmək hüququ qazanıb.

Təlim proqramı ABŞ-ın Fletçer Hüquq və Diplomatiya Məktəbinin və İngiltərənin Nottingem-Trent Universitetinin məzunu, “Kapital Bank”ın Beynəlxalq əlaqələr üzrə İdarə Heyəti sədrinin müşaviri Vüqar Sadiq tərəfindən aparılır.

Proqram çərçivəsində “Giriş və konseptual əsaslar” (Introduction and Conceptual Framework), “Etik liderlik” (Ethical Lidership), “Etik fəaliyyətlər üçün strategiyalar” (Strategies for Ethical Action), “Davranış etikası” (Behavioural Ethics), “Biznes düzgünlüyü və etikası” (Business Integrity and Ethics) və “Peşəkar etika” (Professional Ethics) modulları tədris olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.