ELM VƏ TƏHSİL


İqtisad Universitetinin müəllimi Almaniyada sahibkarlıq  sahəsində magistrlərin biliklərini təkmilləşdirir

Bakı, 19 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nümayəndə heyəti Almaniyanın Siegen Universitetində səfərdədir.

UNEC-dən AZƏRTAC-a bildiriblər ki, “EE-KEY-AZ sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” layihəsi çərçivəsində həyata keçirilən səfərin məqsədi avropalı mütəxəssislərlə sahibkarlıq təhsili sahəsində fikir mübadiləsi aparmaqdır. Layihə UNEC və Siegen Universiteti tərəfindən birgə reallaşdırılır.

Səfər çərçivəsində nümayəndə heyəti Siegendə təşkil olunan sahibkarlıq tədqiqatları üzrə Avropa fənlərarası konfransında iştirak edəcək. Tədbirdə Almaniya, Fransa, Portuqaliya, Niderland, İngiltərə və başqa ölkələrdən olan mütəxəssislərin iştirakı ilə müxtəlif istiqamətlər, o cümlədən akademik sahibkarlıq, karyera imkanlarının yaxşılaşdırılması, innovasiyalar və bu kimi mövzular üzrə müzakirələr aparılacaq.

Qeyd edək ki, hazırda Siegen Universitetində UNEC-in magistrlərinin qış məktəbi davam edir. Bu, “EE-KEY-AZ sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” layihəsi çərçivəsində həyata keçirilən dördüncü qış məktəbidir. UNEC-in beynəlxalq iqtisadiyyat kafedrasının müəllimi, dosent Sevər Məmmədovanın tədris etdiyi intensiv kurs magistrlərə sahibkarlıq, marketinq və beynəlxalq turizm kimi sahələrdə biliklərinin təkmilləşdirilməsinə töhfə verir. Bir həftə davam edəcək qış məktəbinə UNEC-in tələbələri ilə yanaşı, Almaniyadan olan magistrlər də qatılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.