ELM VƏ TƏHSİL


İqtisad elmləri üzrə 36 doktorant və dissertantın dissertasiya mövzuları təsdiqlənib

Bakı, 22 fevral, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası nəzdində İqtisad Elmləri üzrə Elmi Şuranın 2020-ci ildə ilk iclası keçirilib.

İqtisadiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, institutun direktoru, iqtisad elmləri doktoru, professor Nazim Müzəffərlinin sədrliyi ilə keçən iclasda bir necə ali təhsil müəssisəsinin fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə təhsil alan 36 doktorant və dissertantının dissertasiya mövzuları müzakirə edilərək təsdiqlənib.

Bir neçə dissertasiya işinin mövzuları isə ixtisas şifrələrinə uyğun gəlmədiyi üçün qeydiyyata alınmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.