ELM VƏ TƏHSİL


İqtisadçı alim beynəlxalq elmi jurnalın redaksiya heyətinə üzv seçilib

Bakı, 29 iyul, AZƏRTAC

AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri, akademiyanın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Akif Musayev “Acta Scientific Computer Sciences” beynəlxalq jurnalının redaksiya heyətinə üzv seçilib.

İqtisadiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, azərbaycanlı alimə elmi məqalələrini də bu jurnalda dərc etdirmək təklif olunub.

Xatırladaq ki, professor Akif Musayev digər beynəlxalq statuslu elmi jurnallarla da əməkdaşlıq edir. O, pandemiya dövrünün yaratdığı çətinliklərə baxmayaraq aktiv şəkildə onlayn elmi konfranslara qatılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.