CƏMİYYƏT


İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin baytarlıq təşkilatı rəislərinin 3-cü toplantısı keçirilib

Bakı, 8 oktyabr, AZƏRTAC

Oktyabrın 6-dan 8-dək İran İslam Respublikasının paytaxtı Tehran şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv olan dövlətlərin baytarlıq təşkilatı rəislərinin 3-cü toplantısı keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, toplantıda Azərbaycan Respublikasını nazirlik yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) rəisi Bayandur Rzayev, Xidmətin əməkdaşı Ceyhun Əliyev və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Baytarlıq nəzarəti şöbəsinin müdiri - baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev təmsil ediblər.

Toplantının əsas məqsədi İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin baytarlıq qurumlarının ortaq bir təşkilatını - Baytarlıq Komissiyasını (ECO-VECO) təsis etmək və həmin komissiyanın nizamnaməsinin ilkin həyata keçirilməsi üzrə yol xəritəsini qəbul etmək, transsərhəd xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı birgə mübarizə planlarının hazırlanması və mübarizənin aparılmasıdır.

Tədbir çərçivəsində təşkilata üzv olan dövlətlərin baytarlıq təşkilatı rəislərinin idarə heyətinin 1-ci iclası keçirilib, Baytarlıq Komissiyası təsis edilib və onun nizamnaməsinin ilkin həyata keçirilməsi üzrə yol xəritəsi qəbul olunub.

Dövlət Baytarlıq Xidmətinin (DBX) rəisi Bayandur Rzayev toplantıda Azərbaycan Respublikasında epizootoloji vəziyyətinin sabit olması və aparılan baytarlıq tədbirləri barədə məlumat verib.

Toplantı çərçivəsində B.Rzayev İran İslam Respublikasının “Azeri Sahar” televiziyasına müsahibə verib. Müsahibədə Xidmət rəisi İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin baytarlıq sahəsində əməkdaşlığının önəmini vurğulayıb və bu əməkdaşlığın davamlı olacağına əminliyini ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.