MƏDƏNİYYƏT
İqtisadi Əməkdaşlıq Təşkilatının nəşr etdirdiyi “ECO Tourist Guide-Book” kitabının 67 səhifəsi Azərbaycan Respublikasına həsr edilmişdir
Tehran, 1 fevral (AZƏRTAC). İqtisadi Əməkdaşlıq Təşkilatının nəşr etdirdiyi 545 səhifəlik “ECO Tourist Guide-Book” (“İƏT-in turist bələdçi kitabı”) kitabının 67 səhifəsi Azərbaycan Respublikasına həsr edilmişdir.
“Republic of AZERBAIJAN Introduction” sərlövhəsi ilə başlanan bölmədə ümummilli lider Heydər Əliyevin məzarının fotosu, Azərbaycanın xəritəsi, üçrəngli bayrağımız və gerbimizin əksi yerləşdirilmiş, ölkəmizin qədim tarixini, milli mədəniyyət nümunələrini, tarixi abidələrini, müasir sosial-iqtisadi inkişafını, füsunkar təbiətinin göz oxşayan mənzərələrini əks etdirən şəkillər və onlar barədə ətraflı məlumat verilmişdir. Bölmənin sonunda turistlər üçün nəzərdə tutulmuş sorğu və Azərbaycan-ingilis dillərində qısa danışıq lüğəti əksini tapmışdır.
Bir sözlə, bu kitabda ölkəmizə aid bölmədəki materiallar Azərbaycanın qədim və müasir tarixi, turizm imkanları, sosial-iqtisadi inkişafı barədə qiymətli mənbədir.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təqdim olunan Azərbaycan bölməsinin materialları ölkəmizin İrandakı səfirliyinin nəzarəti ilə işlənilmişdir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
######
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.11.2023 [16:59]
Roma tətilləri: şopinq xüsusiyyətləri
- 29.08.2023 [10:59]
Göllər diyarının cazibədarlığı
- 29.08.2023 [00:26]
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
- 25.08.2023 [14:40]
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
- 24.08.2023 [10:20]
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib
- 23.08.2023 [15:27]
Şahdağda motosiklet festivalı təşkil edilib
- 22.08.2023 [14:08]
Zalsburq: turistləri buraya cəlb edən nədir?
- 17.08.2023 [17:32]
“Bu il Türkiyənin turizm sektorunda bahalaşma qeydə alınıb” – açıqlama
- 05.08.2023 [10:52]