İQTİSADİYYAT


İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə Vergilər Nazirliyinin əməkdaşlığının əsas istiqamətləri müzakirə edilib

Bakı, 11 oktyabr, AZƏRTAC 

Vergilər naziri Mikayıl Cabbarov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Vergi siyasəti və inzibatçılığı mərkəzinin Qlobal əlaqələr və inkişaf şöbəsinin rəhbəri Ben Dikinson ilə görüşüb.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanın vergi sistemində aparılan islahatlar, vergidən yayınma ilə mübarizədə beynəlxalq vergi əməkdaşlığı və bu sahədə beynəlxalq standartların tətbiqi, həmçinin "Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi" (BEPS) layihəsi çərçivəsində OECD və Vergilər Nazirliyi arasında əməkdaşlığın əsas istiqamətləri müzakirə edilib.

Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxslərinin də iştirak etdiyi görüşdə tərəflər arasında əməkdaşlıq, bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.