İQTİSADİYYAT


İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı vergi islahatına hazırlaşır

Bakı, 12 oktyabr, AZƏRTAC 

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) vergi sisteminin dəyişdirilməsinə dair bir neçə ay ərzində hazırlanmış təklifləri təqdim edib.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, OECD-nin diqqət mərkəzində saxladığı əsas məsələ iri texnoloji korporasiyalar və digər transmilli şirkətlərin öz məhsullarını satdıqları ölkələrdə daha çox vergi ödəmələri ilə bağlıdır. Yeni təkliflərə əsasən, müxtəlif ölkələrdə fəaliyyət göstərən şirkətlər həmin ölkələrin hər birində əldə etdikləri mənfəətdən proporsional qaydada vergi ödəməlidirlər. Texnoloji şirkətlərdən əlavə, yeni qaydalar müxtəlif ölkələrdə avtomobillərini və dəbdəbəli əşyalarını satan istehsalçılara da şamil ediləcək.

Təşkilat ümid edir ki, yeni qaydaların əsas müddəaları üzrə G20 ölkələri tərəfindən razılaşmaya 2020-ci ilin yanvarınadək nail olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.