İQTİSADİYYAT
İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda təqdimat keçirilib
Bakı, 19 mart, AZƏRTAC
Martın 19-da İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda Karlov Universiteti və Çex Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun doktorantı Tağı Qadirinin “Miqrasiya iqtisadiyyatı: Alman əmək bazarı timsalında” mövzusunda tədqiqat işinin təqdimatı keçirilib. Tədbirdə İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun əməkdaşları və doktorantlar iştirak ediblər.
AZƏRTAC İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutuna istinadla xəbər verir ki, təqdimatda müxtəlif ölkələrdən olan miqrantların alman əmək bazarına uyğunlaşması təhlil edilib.
Tədbirdə İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev təqdim olunan işi yüksək qiymətləndirib, tədqiqat prosesində təhlil, müqayisə, dinamika, statistik qruplaşdırma, müşahidə və sair üsullardan geniş istifadə edildiyini bildirib.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb.