İQTİSADİYYAT


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 3 ölkənin şirkəti ilə əməkdaşlıq edəcək

Bakı, 19 oktyabr, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Rusiyanın "QazinformService", Polşanın "Asseco data Sistems" və İsveçrənin "OrientSwiss" şirkətləri arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, bu memorandumların imzalanması ölkələrarası biznes əlaqələrinin yaxşılaşdırılmasına, Azərbaycanın iqtisadi inkişafının, e-ticarət və e-kommersiyanın inkişafının asanlaşdırılmasına öz töhfəsini verəcək.

Qeyd edək ki, imzalanma Bakıda keçirilən Azərbaycan Rəqəmsal Ticarət Qovşağının ilk beynəlxalq konfransı çərçivəsində baş tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.