İQTİSADİYYAT


“İqtisadi artım – İnnovasiya və StartUp” mövzusunda dərslik hazırlanacaq

Bakı, 27 iyul, AZƏRTAC

“Enterprise Azerbaijan” və Nevada Universiteti Özmen Sahibkarlıq Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb. Anlaşmaya əsasən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Nevada Universiteti “İqtisadi artım – İnnovasiya və StartUp” mövzusunda birlikdə dərslik hazırlayacaq. Bu xüsusda İİTKM və Nevada Universitetinin Beynəlxalq Biznes Proqramları direktoru Mehmet Serkan Tosun arasında görüş keçirilib.

İİTKM-dan AZƏRTAC-a bildirilib ki, görüşdə dərsliyin əsas xitab kütləsi, istiqamətləri, hədəfləri və aktuallığı müzakirə olunub.

Həmmüəlliflər - professor Mehmet Tosun, dosent Mətanət Musayeva, dosent Urxan Seyidov, dosent Mətanət Rəsulova və fəlsəfə doktoru Rəşad Hüseynov dərsliyin Azərbaycanda startap ekosisteminin formalaşmasına yeni töhfə verəcəyini və akademik boşluqların aradan qaldırılması üçün əhəmiyyətli vasitə olacağını vurğulayıblar.

Gələcəkdə İİTKM və Nevada Universiteti arasında akademik sahədə əməkdaşlıqların davam etdirilməsi perspektivləri dəyərləndirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.