İQTİSADİYYAT


İqtisadi mövzularda yazan jurnalistlər üçün ikigünlük təlim başa çatıb

Bakı, 30 sentyabr, AZƏRTAC

Sentyabrın 29-30-da İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) təşkilatçılığı və Medianın İnkişafı Agentliyinin dəstəyi ilə jurnalistlər üçün “Azərbaycanda dövlət tərəfindən həyata keçirilən yaşayış maliyyəsi və kredit zəmanət mexanizmləri” mövzusunda təlim keçirilib.

AZƏRTAC xəbər verir ki, təlimdə əhalinin mənzil təminatı, habelə sahibkarlığa dəstək sahəsində dövlət siyasətinin ictimaiyyətə daha geniş çatdırılması, ölkədə aparılan media islahatlarına dəstək, eyni zamanda, İKZF və media subyektləri arasında əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədilə keçirilən təlimdə iqtisadi mövzuların işıqlandırılmasında ixtisaslaşmış 20 jurnalist iştirak edib.

Tədbirdə “Media subyektlərində ixtisaslaşma və onun üstünlükləri”, “Azərbaycanda ipoteka kreditləşməsi mexanizmi”, “Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi”, “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə zəmanət və subsidiya verilməsi”, “Elektron ipoteka və kredit zəmanət sistemi: şəffaflıq və əlçatanlıq” mövzularında təqdimatlar edilib, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Sonda media nümayəndələrinə təlimdə iştirak haqqında sertifikatlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.