ELM VƏ TƏHSİL


İqtisadiyyat İnstitutunda doktorluq imtahanları keçirilib

Bakı, 13 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunda test üsulu ilə doktorant və dissertantların doktorluq imtahanları keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, AMEA-nın müxbir üzvü, professor Akif Musayevin sədrlik etdiyi imtahan komissiyasına iqtisad elmləri doktoru Fuad Qənbərov, iqtisad üzrə fəlsəfə doktoru Allahyar Muradov və institutun təhsil şöbəsinin müdiri, dosent Gülsurə Mehdiyeva daxildir.

Şəffaflıq və müasir kompüter proqramlarının tətbiqi şəraitində baş tutan imtahanlarda 11 nəfər iştirak edib. Onlardan 9 nəfər imtahanı uğurla verib, 2 nəfər isə qeyri-kafi qiymət alıb.

Kompüter proqramlarının tətbiqi sayəsində imtahanın nəticələri test suallarının cavablandırılması bitdikdən dərhal sonra doktorant və dissertantlara bəlli olub.

Nəzərə çatdırılıb ki, imtahan prosesində insan amili tamamilə aradan qaldırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.