ELM VƏ TƏHSİL
İqtisadiyyat İnstitutunda qeyri-müəyyənlik şəraitində makroiqtisadi göstəricilərin əlaqələrinə dair məruzə dinlənilib
Bakı, 20 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun (AMEA) elmi şurasının növbəti iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Akif Musayevin “Qeyri-müəyyənlik şəraitində makroiqtisadi göstəricilərin qarşılıqlı əlaqələrinin və vergi yükünün qiymətləndirilməsi” mövzusunda məruzəsi dinlənilib. Alim qeyri-müəyyənlik şəraitində makroiqtisadi göstəricilərin qarşılıqlı əlaqə və təsirləri, vergi yükünün hesablanması və qiymətləndirilməsi, optimal vergi yükünün müəyyən edilməsinin çətinliyi, gizli iqtisadiyyatın yaratdığı problemlər, orta vergi yükünün digər makroiqtisadi göstəricilərə təsirinin qiymətləndirilməsi və bu sahədə apardığı tədqiqatlar, əldə olunan nəticələr barədə danışıb.
Məruzə ətrafında geniş müzakirələr aparılıb. Professor Akif Musayevin tədqiqatları yüksək qiymətləndirilib və davam etdirilməsi tövsiyə olunub.
İclasda institutun bir sıra cari məsələləri nəzərdən keçirilib.