ELM VƏ TƏHSİL


İqtisadiyyat İnstitutunun 60 illik yubileyinə həsr olunan kitab nəşr edilib

Bakı, 11 yanvar, AZƏRTAC 

“AMEA İqtisadiyyat İnstitutu - 60: keçdiyimiz və getdiyimiz yol” kitabı çapdan çıxıb.

İnstitutun 60 illik yubileyi münasibətilə hazırlanan nəşrin redaktoru müəssisənin direktoru, professor Nazim İmanov, tərtibçisi dosent Rəsmiyyə Abdullayeva, nəşrə məsul şəxs isə Minarə Ağayevadır.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, kitab Azərbaycanda fundamental və tətbiqi iqtisadi araşdırmaların əsas mərkəzlərindən biri olan İqtisadiyyat İnstitutunun 60 illik yubileyi münasibətilə 2018-ci il oktyabrın 18-də keçirilmiş iclasının materialları əsasında hazırlanıb. Yubiley tədbirlərinin keçirilməsini nəzərdə tutan rəsmi qərarlar, həmçinin institut əməkdaşlarının təltif olunması haqqında ölkə başçısının fərmanları da kitaba daxil edilib.

Nəşr müəssisənin keçmişi və bu günü barədə məlumat verməklə yanaşı, yaxın gələcək üçün müəyyənləşdirdiyi hədəf və vəzifələr haqqında da müəyyən təsəvvür yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.