ELM VƏ TƏHSİL


İqtisadiyyat İnstitutunun alimi beynəlxalq konqresdə çıxış edib

Bakı, 8 oktyabr, AZƏRTAC

AMEA İqtisadiyyat İnstitutunun Həyat səviyyəsinin sosial-iqtisadi problemləri şöbəsinin müdiri dosent Rəsmiyyə Abdullayeva Türkiyənin Aydın Adnan Menderes Universitetinin Malta Universiteti ilə birlikdə keçirdiyi II Beynəlxalq Tətbiqi Sosial Elmlər Konqresində qonaq qismində iştirak edib.

Bu barədə AZƏRTAC-a İqtisadiyyat İnstitutundan məlumat verilib. Bildirilib ki, Rəsmiyyə Abdullayeva beynəlxalq konqresdə “Rəqəmsallaşmanın sosial faydaları” mövzusunda məruzə ilə çıxış edib.

Konqresdə 5 qitədən 30 ölkənin elm adamları təmsil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.