ELM VƏ TƏHSİL


İqtisadiyyat İnstitutunun alimlərinin yeni monoqrafiyaları nəşr olunacaq

Bakı, 14 may, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun alimlərinin yeni monoqrafiyaları nəşr olunacaq.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, müəssisənin elmi şurasının qərarı ilə İqtisadiyyat İnstitutunun tədqiqatları əsasında hazırlanmış “İS(S)İ – 2017: Dünya ölkələrinin iqtisadi modellər üzrə təsnifatı” (Azərbaycan, rus və ingilis dillərində), iqtisad elmləri doktoru, professor Akif Musayev, iqtisad üzrə fəlsəfə doktoru Aygün Musayeva və dosent Yaşar Məmmədovun həmmüəllif olduqları “Gəlir vergisi” və iqtisad elmləri doktoru Fuad Qənbərovun “Məzənnə siyasəti: yeni çağırışlar və imkanlar” monoqrafiyaları çapa tövsiyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.