ELM VƏ TƏHSİL


İqtisadiyyat İnstitutunun şöbə müdiri Birləşmiş Vyana İnstitutunun təlim kursunda iştirak edib

Bakı, 22 oktyabr, AZƏRTAC 

Avstriyanın Birləşmiş Vyana İnstitutunda “Mərkəzi, Şərqi və Cənub-Şərqi Avropada makromaliyyə sabitliyi” mövzusunda təlim kursu keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, birhəftəlik təlimdə Beynəlxalq əlaqələr şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Rüfət Əfəndiyev də iştirak edib.

Xatırladaq ki, Birləşmiş Vyana İnstitutu Mərkəzi, Şərqi və Qərbi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrinin əsasən dövlət sektorunda fəaliyyət göstərənlər üçün nəzərdə tutulan regional təlim mərkəzidir. İnstitut 1992-ci ildə Avstriyanın (Federal Maliyyə Nazirliyi və Mərkəzi Bank qismində) səlahiyyətli qurumları, Beynəlxalq Valyuta Fondu (IMF) və digər beynəlxalq qurumlar tərəfindən təsis edilib.

Birləşmiş Vyana İnstitutu makroiqtisadi siyasətin formalaşması və idarə olunması, vergi siyasəti, dövlət gəlirlərinin, xərclərin idarə olunması, vergi-büdcə institutları və idarəetmə, normativ hüquqi çərçivə, makroiqtisadi və maliyyə statistikası kimi bir sıra iqtisadi məsələlər üzrə 1-2 həftəlik təlim kursları, eləcə də seminar və simpoziumlar təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.