İQTİSADİYYAT


İqtisadiyyat Nazirliyi: 121 obyektdə sanitariya-gigiyena tələbləri pozulub

Bakı, 16 noyabr, AZƏRTAC

Son günlər koronavirus infeksiyasının artan dinamikası pandemiya şəraitinin zəruri qaydalarına daha ciddi əməl olunmasını tələb edir.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) zəruri qayda və tələblərə əməl olunmasına nəzarət məqsədilə noyabrın 13-14-də aparılan monitorinqlər zamanı Binəqədi rayonunda “Kombi house” ticarət obyektində, "Turan+T.T." mənzil-tikinti kooperativində, “Bilik kitab evi”ndə, Nəsimi rayonunda “Al market”də, “AYZ geyim mağazası”nda, Elşən Abbasova məxsus mağazada, Səbail rayonunda "Yemək fabrikası şirniyyat evi”ndə, “Berlin Avto” ticarət obyektində, Nərimanov rayonunda “Xüsusi geyim mağazası”nda, “Lepka və paduqaların satışı” ticarət obyektində, "CMT group" MMC-yə məxsus boya mağazasında, Xətai rayonunda “Bizim market”də, “Yaşıl market”də, “Dokta” MMC-yə məxsus “Aptek”də, Yasamal rayonunda “Oba market Yasamal 19”da, “Aptek 459”da, Nizami rayonunda “Karona kombi mağazası”nda, “Penguin boya mağazası”nda, Xəzər rayonunda “Yeni market”də, “Təndirxana və kənd məhsullarının satışı” ticarət obyektində, Sabunçu rayonunda “Boss geyim mağazası”nda, Əliağa Məmmədova məxsus istehsal obyektində, Suraxanı rayonunda “Oba market”də, “Fujifilm Fotoatelye”də, Qaradağ rayonunda “Bonus market”də, Balaxanım Talıbovaya məxsus ərzaq mağazasında, Gəncə şəhərində “Monika ayaqqabı mağazası”nda, "Tağıyev shopping geyim mağazası”nda, “Qızıl qaya inşaat mağazası”nda, Sumqayıt şəhərində “Full D MMC”də, İlqar Məmmədova, Müzəffər Heydərova məxsus pərakəndə ticarət obyektlərində, Abşeron rayonunda Murad Alıyevə, Akif Heydərova, Azər Qarayevə məxsus mağazalarda, Sabirabad rayonunda Kamran Əmiraslanova, Sona Fətiyevaya, Rəşad Axundova məxsus pərakəndə ticarət obyektlərində, Şəki rayonunda “İnci market”də, Şəmkir rayonunda Elçin Həsənova, Abbas Tağıyevə, Nizami Musayevə məxsus mağazalarda, Quba rayonunda Bariz Balayevə məxsus ticarət obyektində, ümumilikdə, 121 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.