İQTİSADİYYAT


İqtisadiyyat Nazirliyində BMT ekspertləri ilə görüş keçirilib

Bakı, 14 iyun, AZƏRTAC

İqtisadiyyat Nazirliyində BMT ekspertləri ilə görüş keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iqtisadiyyat nazirinin müavini, Respublika İnnovasiya Müsabiqəsinin Qiymətləndirmə Komissiyasının sədri Sevinc Həsənova müasir dövrdə iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin və ixrac potensialının artırılması, ətraf mühitin mühafizəsinin gücləndirilməsi istiqamətində innovasiyanın əhəmiyyətini qeyd edib, ölkəmizdə bir sıra strateji sənədlərdə innovasiyaların təşviqi və həvəsləndirilməsi, innovasiya iqtisadiyyatının qurulmasının hədəf olaraq seçildiyini vurğulayıb. Bildirilib ki, bu baxımdan ölkəmizdə BMT-nin Dayanıqlı İnkişaf üzrə Gündəliyinin məqsədlərinin yerinə yetirilməsi, yüksək əlavə dəyər yaradan sahələrin təşviqi, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası və "Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin icrasına dəstək məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən dayanıqlı inkişaf məqsədlərinin sahələri üzrə "Birinci Respublika İnnovasiya Müsabiqəsi" keçirilib. Bu işlərin davamı kimi, prioritet olaraq müəyyənləşdirilmiş sahələr üzrə İkinci Respublika İnnovasiya Müsabiqəsi elan olunub.

Görüşdə qabaqcıl ölkələrin bu sahədə təcrübəsi barədə fikir mübadiləsi aparılıb və ekspertlərin respublika innovasiya müsabiqəsinin keçirilməsinin təkmilləşdirilməsi istiqamətində təklifləri dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.