İQTİSADİYYAT


İqtisadiyyat Nazirliyində İctimai Şura üzvləri ilə görüş keçirilib

Bakı, 15 sentyabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında yeni yaradılmış İctimai Şuranın üzvləri ilə görüş olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazir Mikayıl Cabbarov İctimai şuraya seçilmələri münasibətilə şura üzvlərini təbrik edib, şuranın fəaliyyətinin, İqtisadiyyat Nazirliyi ilə əməkdaşlığının səmərəli qurulacağına əminliyini bildirib, üzvlərə fəaliyyətində uğurlar arzulayıb.

İctimai Şuranın yaradılmasının əhəmiyyətindən danışan iqtisadiyyat naziri ölkəmizdə dövlət-vətəndaş münasibətlərinin inkişafında yeni mərhələnin başlandığını, vətəndaş cəmiyyəti institutları ilə əlaqələrin gücləndirilməsi, şəffaflıq prinsipinin təmin olunması ilə bağlı mühüm vəzifələrin müəyyən olunduğunu vurğulayıb. Qeyd edilib ki, cəmiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsi, sağlam dialoqun qurulması, qərarların qəbulunda ictimai rəyin, vətəndaş maraqlarının nəzərə alınması və funksiyalarından irəli gələn digər məsələlərdə səmərəli fəaliyyəti üçün İqtisadiyyat Nazirliyi yanında İctimai Şuraya lazımi şərait yaradılacaq.

İctimai Şuranın üzvləri vətəndaş cəmiyyəti tərəfindən onlara göstərilən seçici etimadını doğruldacaqlarını vurğulayıb, şuranın fəaliyyətinin iqtisadi həyatın müxtəlif məsələlərin ictimai müzakirəsinin və həllinin daha səmərəli təşkilinə xidmət edəcəyini bildirib, səmimi görüşün keçirilməsinə görə minnətdarlıq ediblər.

Görüşdə İctimai Şura ilə əməkdaşlıq istiqamətləri, şuranın fəaliyyətinin nəticəyönümlülüyünün və hesabatlılığının təmin olunması, vətəndaş-İctimai Şura-nazirlik kommunikasiyasının təşkili və sair barədə müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.