İQTİSADİYYAT


İqtisadiyyat Nazirliyində Ulu Öndərin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş tədbir keçirilib

Bakı, 10 may, AZƏRTAC

İqtisadiyyat Nazirliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş tədbir keçirilib.

Əvvəlcə nazirliyin kollektivi ulu öndər Heydər Əliyevin Hökumət Evinin foyesindəki büstünün önünə gül dəstələri qoyub. Sonra müasir Azərbaycan dövlətçiliyinin banisi, dahi siyasət korifeyi Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş edilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Ümummilli Liderin ölkəmizin inkişafı üçün gördüyü mühüm işlərdən geniş bəhs edib, dahi şəxsiyyətin dövlətçiliyimizin möhkəmləndirilməsində və iqtisadiyyatımızın inkişafında əvəzsiz xidmətlərindən danışıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, tarixçi alim Yusif Fərzəliyev ulu öndər Heydər Əliyev barədə xatirələrini danışıb, dahi şəxsiyyətin müasir Azərbaycan dövlətçiliyinin qurulmasında həlledici rolu, milli iqtisadiyyatın formalaşdırılmasında misilsiz xidmətləri barədə ətraflı məlumat verib.

Sonra İqtisadiyyat Nazirliyinin bir qrup əməkdaşı and içərək daimi dövlət qulluğuna qəbul olunub.

İqtisadiyyat Nazirliyinin gənc dövlət qulluqçusu əməkdaşı Bəsirə Hacıyeva Ulu Öndərin əsasını qoyduğu gənclər siyasəti, Azərbaycanda gənclərə göstərilən diqqət və qayğıdan, dövlət orqanlarında gənclər üçün yaradılmış şəraitdən danışaraq Ümummilli Liderin yoluna daim sadiq olacağını vurğulayıb.

Tədbirdə ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığı barədə ədəbi-bədii kompozisiya nümayiş olunub.

Tədbir çərçivəsində İqtisadiyyat Nazirliyinin Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş əməkdaşlarına partiya vəsiqələri təqdim edilib.

Sonda Ümummilli Liderin anadan olmasının 96-cı ildönümü ilə bağlı İqtisadiyyat Nazirliyinin orta ixtisas, bakalavr və magistratura pilləsində təhsil alan şəxslər arasında keçirdiyi elmi məqalə müsabiqəsinin nəticələri açıqlanıb, qalibləri mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.