İQTİSADİYYAT


İqtisadiyyat Nazirliyində qanvermə aksiyası keçirilir

Bakı, 24 yanvar, AZƏRTAC

Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılan “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə İqtisadiyyat Nazirliyində növbəti qanvermə aksiyası keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu xeyirxahlıq çağırışına qoşulan İqtisadiyyat Nazirliyi və qurumlarının əməkdaşları donorluq aksiyasında qan veriblər. Tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.

Yanvarın 28-dək davam edəcək qanvermə aksiyasında 1100 əməkdaşın iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, artıq ənənəyə çevrilmiş bu humanist aksiyada İqtisadiyyat Nazirliyi və qurumlarının əməkdaşları hər il iştirak edirlər. Belə xeyriyyə tədbirlərinin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.