İQTİSADİYYAT
İqtisadiyyat Nazirliyinin Apelyasiya Şurasına ilin əvvəlindən indiyədək 11 müraciət daxil olub
Bakı, 1 noyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin Apelyasiya Şurasına 2018-ci ilin əvvəlindən indiyədək 11 müraciət daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, İqtisadiyyat Nazirliyinin Apelyasiya Şurasının növbəti iclası keçirilib. İclasda 2 vətəndaşın Dövlət İmtahan Mərkəzi tərəfindən İqtisadiyyat Nazirliyi üzrə dövlət qulluğuna qəbul üçün elan edilmiş ümumi müsahibənin nəticələrindən nazirliyin Apelyasiya Şurasına şikayətinə baxılıb və müvafiq qərar qəbul edilib.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin Apelyasiya Şurasına 2018-ci ilin əvvəlindən indiyədək 11 müraciət daxil olub. Müraciətlərin 6-sı İqtisadiyyat Nazirliyinin Apelyasiya Şurasının predmetinə uyğun olmadığından, mahiyyəti üzrə baxılması üçün nazirliyin aidiyyəti strukturlarının icraatına verilib, 5 müraciətə isə baxılaraq müvafiq qərar qəbul edilib.