REGİONLAR


İqtisadiyyat Nazirliyinin əməkdaşları tələbələrlə görüşüb

Naxçıvan, 2 dekabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamının icrası ilə bağlı Tədbirlər Planına əsasən İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Naxçıvan” Universitetinin hamiliyə verilmiş İqtisadiyyat ixtisasında təhsil alan tələbələrə seminar keçirilib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, seminarın əsas mövzusu muxtar respublikada yerli resurslardan səmərəli istifadə etməklə rəqabətqabiliyyətli yeni sənaye sahələrinin, o cümlədən yüksək əlavə dəyər yaradan istehsal sahələrinin yaradılması və fəaliyyətinin dəstəklənməsi, muxtar respublika iqtisadiyyatının prioritet hesab olunan sahələri üzrə ilkin investisiya layihələrinin hazırlanması və startap ideyalarının formalaşdırılması olub.

“Naxçıvan” Universitetinin İqtisadiyyat fakültəsinin dekanı Zakir Məmmədov tələbələrlə təşkil olunan görüşlərin əhəmiyyətindən danışaraq bildirib ki, hami təşkilatlar tərəfindən bu cür tədbirlərin təşkili tələbələrin gələcəkdə peşəkar kadrlar kimi yetişməsi və onların seçdikləri ixtisasların sirlərinə dərindən yiyələnmələrinə mühüm töhfədir.

Daha sonra seminarın əsas mövzusu üzrə İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin müdiri Elnur Mahmudov və nazirliyin Elmi-Tədqiqat Tədris Mərkəzinin elmi işçisi Mehparə Məmmədova tələbələrə slaydların köməyi ilə ətraflı məlumat verib.

Seminarın sonunda mövzular üzrə tələbələrin sualları cavablandırılıb və geniş diskussiya aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.