CƏMİYYƏT
İqtisadiyyat Nazirliyinin əməkdaşlarının vaksinasiyası davam edir
Bakı, 17 may, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin təşəbbüsü və TƏBİB-in təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində nazirliyin əməkdaşlarının növbəti səyyar vaksinasiyası təşkil olunub və həftənin sonunadək davam edəcək.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, minədək əməkdaş 2-ci doza, 950-dən çox əməkdaş isə 1-ci doza vaksinin vurulması üçün müraciət edib və onların bu həftə ərzində peyvənd olunması nəzərdə tutulur.
Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, 2021-ci ilin yanvar ayından etibarən ölkə üzrə koronavirus infeksiyasına qarşı vaksinasiya prosesi mərhələli şəkildə davam etdirilir.