İQTİSADİYYAT
İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırılıb
Bakı, 10 avqust, AZƏRTAC
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.
AZƏRTAC xəbər verir ki, sənəddə İqtisadiyyat Nazirliyinə qanunla müəyyən edilmiş tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin “Tik - idarə et - təhvil ver” modelinə uyğun həyata keçirilməsi üçün qanunda nəzərdə tutulmuş tədbirlər görmək səlahiyyətinin verildiyi qeyd olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [16:34]
Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək
- 25.04.2024 [15:54]