İQTİSADİYYAT


İqtisadiyyat naziri Atlantik Şurası Millenium Liderlik Proqramının məzunlarının suallarını cavablandırıb

Bakı, 23 oktyabr, AZƏRTAC

İqtisadiyyat naziri Mikayıl Cabbarov Atlantik Şurası Millenium Liderlik Proqramının 2020-ci il məzunları ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iqtisadiyyat naziri Azərbaycan iqtisadiyyatı, ölkəmizin təşəbbüskarı və fəal iştirakçısı olduğu regional və qlobal əhəmiyyətli enerji və nəqliyyat-logistika layihələri, 2030-cu ilədək ölkəmizin sosial-iqtisadi inkişaf prioritetləri, həmçinin COVID-19 pandemiyasının milli iqtisadiyyata göstərdiyi təsirlər, Azərbaycan hökumətinin müvafiq dəstəkləyici tədbirləri barədə məlumat verib. Nazir ölkə iqtisadiyyatının rəqəmsal transformasiyasına yönəlmiş bir sıra proqramların qəbul edildiyini və rəqəmsal ekosistemin inkişafı istiqamətində görülən işləri diqqətə çatdırıb. Vurğulanıb ki, makroiqtisadi və siyasi sabitlik, əlverişli biznes mühiti Azərbaycanın investisiya cəlbediciliyini şərtləndirən əsas amillərdir. Bununla belə, işgüzar şəraitin daha da yaxşılaşdırılması tədbirləri davam etdirilir. Nazir qeyd edib ki, Vətən müharibəsində qazanılan tarixi Qələbə ilə yeni reallıqlar və inkişaf üçün əlavə imkanlar yaranıb. Hazırda azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri həyata keçirilir.

Sonda iqtisadiyyat naziri Atlantik Şurası Millenium Liderlik Proqramının məzunlarını maraqlandıran sualları cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.