İQTİSADİYYAT


İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Oklahoma Ştatının qubernatoru ilə görüşüb

Bakı, 27 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Oklahoma ştatının qubernatoru ilə görüşüb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir Mikayıl Cabbarov ABŞ ilə iqtisadi-ticarət tərəfdaşlığının inkişafını qeyd edib, Azərbaycanın sosial-iqtisadi inkişafına dair milli prioritetləri və qarşıya qoyulan hədəflər, rəqəmsal iqtisadiyyat, kiçik və orta biznesin iqtisadiyyatda rolunun artırılması, nəqliyyat-tranzit potensialının gücləndirilməsi, dövlət müəssisələrinin fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən sistemli tədbirlər barədə məlumat verib, iqtisadi əlaqələrin genişləndirilməsi potensialını vurğulayıb.

Oklahoma ştatının qubernatoru Kevin Stit ABŞ şirkətlərinin Azərbaycanda həyata keçirilən layihələrdə iştirak etmək niyyətini ifadə edib, iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə əməkdaşlığın genişləndirilməsi, işğaldan azad edilmiş ərazilərimizin bərpasında ABŞ şirkətlərinin iştirakı, enerji, o cümlədən bərpaolunan enerji, kənd təsərrüfatı, texnologiyaların transferi istiqamətləri üzrə müzakirələr aparılıb, Ələt Azad İqtisadi Zonasının logistik imkanları barədə məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.