REGİONLAR


İqtisadiyyat naziri və müavinləri vətəndaşları qəbul edəcəklər

Bakı, 16 may, AZƏRTAC

İqtisadiyyat naziri Şahin Mustafayev mayın 17-də saat 11:00-dan etibarən Tovuzda (ünvan: M.Əzizbəyov küçəsi, 1, Heydər Əliyev Mərkəzi) Şəmkir və Tovuz rayonlarından olan vətəndaşları qəbul edəcək.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin gün saat 11:00-dan etibarən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov tərəfindən Ağstafada (ünvan: Hüseyn Arif küçəsi, 1, Heydər Əliyev Mərkəzi) Qazax və Ağstafa rayonlarından olan vətəndaşlar qəbul olunacaq.

Gədəbəydəki Heydər Əliyev Mərkəzində isə (ünvan: Heydər Əliyev prospekti, 1) İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov saat 11:00-dan başlamaqla Gədəbəy rayonundan olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün İqtisadiyyat Nazirliyinin “[email protected]” elektron poçt ünvanı və 493-14-56, 310-28-00 (daxili 21-79) və (055) 245-00-28 nömrəli telefonlar (əlaqələndirici şəxs Elşən Abbaszadə), nazirliyin 195-2 Çağrı mərkəzi, həmçinin nazirliyin Gəncə-Qazax regional bölməsi (Ünvan: Gəncə şəhəri, Heydər Əliyev Meydanı, İnzibati bina, əlaqələndirici şəxs Arzu Hacıyev, əlaqə telefonu: (022) 256 02 32, mobil (050) 395 91 97, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar nazirliyin internet səhifəsində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölməsi və “Facebook” vasitəsilə də qəbula yazıla bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.