İqtisadiyyat nazirinin müavini Tərtərdə vətəndaşları qəbul edib
AzerTAg.az
Bakı, 30 mart, AZƏRTAC
İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Tərtər şəhərində Bərdə və Tərtər rayonlarından olan vətəndaşları qəbul edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbula gələn vətəndaşların müraciəti sahibkarlığın inkişafı, o cümlədən güzəştli kreditlərin, lisenziyaların verilməsi, ixraca dəstək, işğaldan azad edilmiş ərazilərdə işgüzar fəaliyyət, habelə məktəb tikintisi, sosial və s. məsələlərlə bağlı olub.
İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı əsaslandırılmış cavab və izahat verilib, araşdırma tələb edən müraciətlər isə baxılması üçün qeydiyyata alınıb.




Xəbərin mətnində orfoqrafik səhv var